BAKI, TurkicWorld
Heyvanlar da insanlar kimi uzunmüddətli dostluqlar qura bilirlər.
TurkicWorld xəbər verir ki, Afrika sığırcıqları üzərində aparılan 20 illik müşahidə heyvanlar arasında qarşılıqlı yardım və dostluq əlaqələrinin mövcud olduğunu sübut edib.
Kolumbiya Universitetindən professor Dastin Rubenşteynin laboratoriyasında doktorant Aleksis Erlin rəhbərliyi ilə aparılan tədqiqat nəticəsində məlum olub ki, quşlar yalnız qohumlarını deyil, qohum olmayan digər fərdləri də dəfələrlə dəstəkləyirlər. Bu, heyvanlar arasında uzunmüddətli "mehribanlıq borcu" prinsipi ilə formalaşan sosial münasibətləri ortaya qoyur.
Qeyd edək ki, araşdırma 2002–2021-ci illərdə Şərqi Afrika savannalarında yüzlərlə quşun davranışlarının müşahidəsinə və genetik analizlərinə əsaslanıb. Nəticələr nüfuzlu “Nature” jurnalında dərc olunub.






