Pandemiya dövründə İtaliya və Azərbaycan bir-birinə dost dəstəyi göstərdi - Nazir

Pandemiya dövründə İtaliya və Azərbaycan bir-birinə dost dəstəyi göstərdi - Nazir

Bakı. TurkicWorld.

COVID pandemiyası dövründə İtaliya və Azərbaycan bir-birinə dost dəstəyi göstərdi.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İtaliyada koronavirus yüksək həddə olanda Azərbaycan İtaliya xəstəxanalarına yardım edib. “Azərbaycanda da bu xəstəlik yüksək həddə olanda İtaliyadan olan mütəxəssislər ölkəmizə gələrək dəstək göstərdi. Dostların sərgilədiyi mövqe burada da özünü büruzə verdi”, - deyə nazir əlavə edib.