Lavrov Çinə səfərə gedib

Lavrov Çinə səfərə gedib

Bakı. TurkicWorld:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla qonşu dövlətlərin nazirlər konfransında iştirak etmək üçün Çinə səfərə gedib.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.

"Sergey Lavrov sabah Əfqanıstanın qonşu dövlətləri formatında xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Çinin Tunsi şəhərinə gəlib. Bu gün isə xarici həmkarlar ilə ikitərəfli görüşlərə həsr olunacaq", - deyə M.Zaxarova bildirib.