Ermənilər 300 abidənin olduğu kəndi tamamilə məhv edib

Ermənilər 300 abidənin olduğu kəndi tamamilə məhv edib

Bunu Trend-ə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Alban tarixinə aid olan abidələrin çoxunun forması dəyişdirilərək, erməniləşdirilib:

"Ermənilər həmin abidələri dünyaya öz abidələri kimi təbliğ etməkdədirlər. Ermənilərin Alban mədəni irsini, erməni mədəni irsi nümunələri kimi dünyaya göstərmələri və UNESCO kimi beynəlxalq təşkilatlaradan Qarabağda erməni abidələrini yoxlamaq üçün nümayəndə heyətini gözlədiklərini elan etmələri saxtakarlıqdır.

50-dən çox forması dəyişdirilən tarix və mədəniyyət abidələrimiz var ki, ermənilər həmin abidələrin üzərinə zəng qüllələri əlavə edib kilsə və monastır kimi təbliğ edirlər. Halbuki həmin abidələr xristianlıq mövcud olmayanda var idilər. Bunlara misal olaraq Tuğ kəndində yerləşən alban məbədini, Laçın rayonunun Mirik, Hüsülü, Kosalar kəndindəki abidələri, bundan başqa Kəlbəcər rayonunda yerləşən Gəncəsər monastırını göstərmək olar", - tarixçi vurğulayıb.

F.İsmayılov bildirib ki, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 3500 tarix mədəniyyət abidələri var. Onlardan 391-i məsciddir. "Orada olan tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələrin çoxu erməni vandalları tərəfindən tamamilə məhv edilib.

Ermənistan respublikası ərazisində kifayər qədər həm xiristianlığa qədər dövrlərdəki abidələrimiz, həm də xristianlıq dövrü abidələrimiz - biz ona Qafqaz Albaniyası dövrü deyirik - məhv edilib. Həmin abidələr də çoxu məhv olmaq üzrədir. Ermənilər saxtalaşdıra bilmədiyi tarixi abidələri dağıdıblar. Buna misal olaraq Gorus, Qafan, Mehri şəhərlərinin yaxınlığında məhv edilən xeyli sayda memarlıq abidələrimizi göstərmək olar. Hətta Gorus rayonunun Uz kəndində 300 abidənin olduğu kənd tamamilə məhv edilib. Həmin abidələrin daşları daşınaraq tikintidə istifadə olunub", - deyə F.İsmayılov qeyd edib.