Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırır

Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırır

Rusiyanın "Uralskie avialinii" martın 6-dan etibarən Yekaterinburqdan Bakıya reyslərin sayını artıracaq.

Bu barədə TurkicWorld-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd olunur ki, uçuşlar həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Cümə axşamı reys Yekaterinburqdan yerli vaxtla 15:55-də yola düşəcək, 18:00-da isə Bakıya çatacaq. Əks istiqamətdə 01:05-də yola düşən təyyarə 05:20-də Yekaterinburqa çatacaq.

Bazar günləri reys Yekaterinburqdan yerli vaxtla 22:00-da yola düşəcək, 00:05-də isə Bakıya çatacaq. Bakıdan 01:05-də yola düşən təyyarə 05:15-də Yekaterinburqa çatacaq.

Qeyd edək ki, hazırda sözügedən aviareys həftədə bir dəfə təşkil olunur.