Qarabağın sürətli bərpası Azərbaycanın qüdrətini nümayiş etdirir - Sahil Kərimli

Qarabağın sürətli bərpası Azərbaycanın qüdrətini nümayiş etdirir - Sahil Kərimli

Bu gün Qarabağda aparılan yenidənqurma və bərpa işləri haqqlı olaraq hər bir azərbaynaclını sevindirir, vətəndaşlarımızda qürur yaradır. Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdikdən dərhal sonra azad edilmiş ərazilərin bərpasına başlayıb və bu proses hazırda da geniş miqyas alır. Bütün bunlar əlbəttə ki, böyük siyasi iradə, qətiyyət və iqtisadi güc tələb edir.

Bunu Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli deyib.

O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi və ciddi nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzur sıfırdan qurulur. İşğalçı Ermənistanın yerlə yeksan etdiyi, xarabalığa çevirdiyi, yer üzündən sildiyi şəhərlər, kəndlər, qəsəbələr yenidən tikilir.

“Azad edilmiş ərazilərdə ən müasir infrastruktur yaradılır, hava limanları, elektrik stansiyaları inşa edilir. Yüz kilometrlərlə yollar, su, işıq, qaz və digər kommunikasiya xəttləri çəkilir. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağdama sonuncu səfəri zamanı açılan və təməlləri qoyulan onlarla yeni infrastruktur obyektlərinin əhəmiyyəti böyükdür”, - deyə o bildirib.

S.Kərimli həmçinin qeyd edib ki, hazırda regionda, ümumilikdə dünyada iqtisadi təlatümlər baş verir, yeni münaqişə ocaqları yaranır, geosiyasi gərginliklər durmadan artır, amma belə bir həsss və çətin vəziyyətdə Azərbaycan bölgədə yaratdığı yeni reallıqlarları diqtə edir və nəhəng layihələr üzərində işləyir. Azərbaycan Prezidentinin bu hədəfləri gələcək onilliklərdə ölkəmizin daha da güclənməsinə, xaqlımızın milli maraqlarının qorunmasına hesablanıb.

S.Kərimli bildirib ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi bu layihələr həqiqətən heyrətamizdir və bütün dünyanın diqqət mərkəzindədir:

“Prezident İlham Əliyevin müəllifi olduğu nəhəng layihələr dünyaya iqtisadi-siyasi gücümüzü nümayiş etdirir. Biz bir daha sübut edirik ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. İşğaldan azad edilən torpaqlar tarixi Azərbaycan əraziləridir və xalqımız öz ata-baba yurduna sahib çıxır. Bu ərazilər ən masir formada inşa ediləcək və insanlar öz doğma yurdlarına qayıdacaq”.

S.Kərimli əlavə edib ki, bərpa prosesində Heydər Əliyev Fondunun da fəaliyyətini xüsusi vurğulmaq lazımdır.

“Azad edilən ərazilərdə dağıdılmış tarixi, dini-mədəni abidələrin yenidən bərpası və təmiri prosesi də eyni templə aparılır və xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxılır. Bütün bunlar vətəndaşlarımız tərəfindən böyük məmnunluqla qarşılanır”, - deyə S.Kərimli əlavə edib.