Bakı, TurkicWorld
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp böyük oğlu Donald Jr-ın keçmiş nişanlısı və Fox News-un keçmiş aparıcısı Kimberli Quilfoylu ABŞ-ın Yunanıstandakı səfiri vəzifəsinə təyin etmək qərarına gəldiyini açıqlayıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu haqda Tramp özünün Truth Social sosial şəbəkəsində yazaraq bildirb ki, “Uzun illər Kimberli yaxın dost və müttəfiq olub”.
“Onun hüquq, media və siyasət sahələrində zəngin təcrübəsi və liderlik keyfiyyətləri, eləcə də kəskin zəkası ABŞ – ın maraqlarını təmsil etmək imkanı verir”-deyə yanvarın 20-də hakimiyyətə gələcək respublikaçı milyarder əlavə edib.
CNN və bir sıra məşhur qəzetlərin məlumatına görə, 2020-ci il seçkilərində Trampın seçki kampaniyasının maliyyələşdirilməsinə cavabdeh olan keçmiş məmur, nişanlısı kiçik Donald Tramp və Kimberli Quilfoyl eyni zamanda San-Fransiskoda prokuror olub.
Həmçinin Tramp çərşənbə axşamı günü ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə Tomas Barakı seçdiyini açıqlayıb. Trampın 2016-cı il seçki kampaniyasının “qeyri-rəsmi məsləhətçisi” olan Barak 2017-ci ilin yanvarında ABŞ-ın 45-ci prezidentinin andiçmə mərasiminin təşkilat komitəsinə sədrlik edib. Tramp dövründə Barak Yaxın Şərqdə yüksək vəzifəli hökumət rəsmilərinə ABŞ siyasəti ilə bağlı məsləhətlər verib.