Bakı, TurkicWorld/ArabAZ
Müsəlmanlar Məscidulharama salam vermək üçün Kəbəni yeddi dəfə təvaf edər, qiblələri olduğu üçün namazlarında ona tərəf üz tutsalar da, bir çoxları onun şərq tərəfdə yerləşən qapısına baxarlar.
Onlar onun tarixini bilmirlər və ona görə də mən müqəddəs Kəbənin qapısından danışmaq istədim, tarixçilərin qeyd etdiyi kimi, o tikilən zaman nə qapısı, nə də damı var idi.
Daha doğrusu, onlar ucaldılmış divarlar idi və Kəbəyə qapı qoyan ilk şəxs, tarixçilərin fikrincə, peyğəmbərlik risalətindən çox-çox əvvəl padşah Tuba olmuşdur və İbn Hişam öz əsərlərində bunu qeyd etmişdir.
Bunu təsdiq edən şey, Əl-Əzraqinin “Məkkə xəbərləri”ndə İbn Cərirdən nəql etdiyi rəvayətdir. O demişdir: “Onların iddia etdiyi kimi, Kəbə evin üzərini ilk örtən Təbə olmuşdur. O Curhumdan olan valilərinə onu pak saxlayaraq, ona qapı və açar düzəltməyi bunu tövsiyə etmişdir”.
“Təbə”nin ağacdan düzəltdiyi bu qapı İslamdan əvvəlki dövrdə, peyğəmbərliyin başlanğıcı və İslam dövrünə qədər müqəddəs Kəbədə qalmışdı. Daha sonra, Abdullah ibn əl-Əl-ə zəmanəsinə qədər dəyişdirilməmişdir. Sonra isə Zübeyr, Kəbəyə on bir arşın uzunluğunda bir qapı düzəltdi.
Tarixçilər qeyd edirlər ki, uzun müddət istifadə olunan qapı aşındıqdan və demək olar ki, yararsız hala düşdükdən sonra, hicri 64-cü ildə Həccac ibn Yusif qapını eyni hündürlükdə bərpa etdirdi.
Qapı sonra 1045-ci ildə dəyişdirildi və o təxminən 200 pud ağırlığında olan gümüş zinət əşyaları düzəldilmiş və qızılla örtülmüşdü.
“Kəbə tarixində” ( Kəbənin tarixini əks etdirən və bütün məlumatların toplandığı kitab) qeyd edilib ki, “Sultan Murad xanın açdığı bu son qapı müqəddəs Kəbədə bu günə qədər mövcud olan qapıdır”.
Səudiyyənin qurucu kralı olan Kral Əbdüləziz Əl Səudun (Allah ona rəhmət eləsin) hakimiyyəti dövründə hicri 1363-cü ildə Kəbəyə yeni bir qapı qoyulmuş və bu qapı tam olaraq onun vəsaiti hesabına düzəldilmişdi.
“Kral Əbdüləziz Fondunun” sənədli tarixi nəşrlərindən birində qeyd etdiyinə görə, Kral Əbdüləzizin sifariş etdiyi qapının istehsalı ilə bağlı işlər üç il çəkdi.
Qapı olduqca zövqlə hazırlanmışdı və bəzi yerləri qızıldan işlənmişdi və bu da qapıya xüsusi gözəllik verirdi.
Qapının ön hissəsi o dövrdə yeddi ləçəkdən ibarət qövsvari çiçək yarpağı ilə bitən dekorativ formalarla əhatə olunmuş düzbucaqlıdan ibarət idi və bu naxış bütün lent boyunca təkrarlanırdı.
Qapının üstü üçün düzbucaqlı sahə ilə örtülmüş yarımdairəvi tağ nəzərdə tutulmuşdur. Onun hər bir hissəsində yazılar, qravürlər və bəzəklərlə dolu dörd yarımbucaqlı fiqur vardır.
Bütün bunlardan əlavə qapıya şaquli zərli mis lentlərlə səpələnmiş bəzəklər verurldu . Bəzəklərdə yeddiləçəkli qızılgül, yeddiguşəli ulduz və ortasında beşləçəkli güll formasında oyuqlar işlənildi.
Kral Xalid bin Əbdüləziz – Allah ona rəhmət etsin – Müqəddəs Kəbə üçün qızıldan qapı düzəltməyi əmr etdi. Qapı üçün istifadə edilən qızılın miqdarı təxminən 280 kiloqram 99,99 əyar qızıl idi və ümumi dəyəri qızıl məbləği istisna olmaqla 13 milyon 420 min riyal idi.
Bu qapının hazırlnmasına hicri 1398-ci ilin Zilhiccə ayının ilk günündə başlanıldı və bu iş on iki ay çəkdi. Qapının hazırlanması Məkkədə məşhur zərgər şeyx Əhməd bin İbrahim bin Yusif Bədr tərəfində həyata keçirildi.
Kəbənin qapısı onun şərq tərəfində yerləşir və şadırvandan təqribən 222 sm hündürlükdədir. Kəbənin qapısı hər zaman çoxlu sayda sənətkarların və şahzadələrin diqqət mərkəzində olub.
Kəbənin ən məşhur qapılarından biri hicri 550-ci ildə Mosul hökmdarının vəziri olan Əl-Cavadın qapısıdır və bu qapı hicri 551-ci ildə qoyulub. Qapı üzərind Abbasi xəlifəsi əl- Üzərində Müctəfinin adı yazılmışdır.
Bu qapı gözəl ornamentləri ilə işlənmişdi və ən gözəl qapılardan biri hesab olunurdu.
Təbbi ki tarixi mənbələrə və dini mətnlərə nəzər salqaq maraqlı məlumatlaRA RAST GƏLƏ BİLƏRİK. Belə ki, İmam Əbu əl-Qasim qeyd edir ki,Kəbənin qapısını ilk açan Anuş ibn Şet ibn Adəmdir.
İbn İshaq Yəmən padşahlarından Taban Əsəd Əbu Kərb əl-Himyari ət-Taba haqqında danışarkən qeyd etmişdir ki, o, “… Kəbə üçün bir qapı və açar düzəltmiş.
İbn Hişam yazır ki, Kəbəyə gələnlərin gözü qarşısında onu açıb-bağlamaq üçün ilk dəfə qıfıl qoyan Qusey ibn Kilab olub və heç kəs onun icazəsi olmadan Kəbəyə girməyib.
Bilindiyi kimi hal hazırda Kəbənin qapıyı yerdən hündürdür və burada olduqca hündür bir kandar var. Əl Əzraqi deyir ki, “Kəbənin qapısı İbrahim əleyhissalamın dövründə də yerdən idi.