Son dəqiqə

Şəms Ağahüseynova

Gimnastımız qızıl medal qazanıb

Bakı, TurkicWorld

Bədii Gimnastika üzrə Balkan Kuboku: Şəms Ağahüseynova qızıl medal qazandı.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası Facebook hesabında paylaşım edib.

26-29 sentyabr tarixlərində Monteneqronun Budva şəhərində keçirilən bədii gimnastika üzrə Balkan Kubokunda millimizin üzvü Şəms Ağahüseynova top, lent və çoxnövçülük proqramları üzrə 1-ci yerin sahibi oldu.