Son dəqiqə

Qarabağ futbol

"Qarabağ" - "Malmö" oyunun biletləri bu gün satışa çıxacaq

Bakı, TurkicWorld

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö" (İsveç) oyununun biletləri sentyabrın 27-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə İdman.biz-ə klubun mətbuat xidmətindən məlumat verilib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Mövzuya görə xəbərlər