Bakı, TurkicWorld
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin bu gün "Glory"də növbəti döyüşünə çıxacaq.
TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, 32 yaşlı idmançı ağır çəkidə reytinqin birincisi olan niderlandlı Levi Riqters ilə üz-üzə gələcək.
Görüş Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək. Levi indiyə kimi peşəkar rinqdə 20 görüşdə 18 qələbə, 2 məğlubiyyətlə yadda qalıb.
Bu döyüşün qalibi isə "Collision 7" turnirində "kikboksinqin kralı" adlandırılan niderlandlı Riko Verhovenlə dünya kəməri uğrunda döyüşünə çıxacaq. Həmin qarşılaşma dekabrın 7-də Niderlandda keçiriləcək.
Qeyd edək ki, Rəcəbzadə peşəkar rinqdə 72 döyüş keçirib. O, bunların 69-da qələbə qazanıb, 3-də isə məğlub olub.