Son dəqiqə

Dövlət Miqrasiya Xidməti DMX

325 əcnəbi Azərbaycan vətətəndaşlığına qəbul edilib

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətətəndaşlığına qəbul edilib.

Bu barədə TurkicWorld-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.

Mövzuya görə xəbərlər