Son dəqiqə

COVİD-19 COP29

Covid-19 virusu Azərbaycan səhiyyə sistemi qarşısında ciddi çağırışlar qoyurdu - Nazir müavini

Bakı.TurkicWorld :

Covid-19 virusu Azərbaycan səhiyyə sistemi qarşısında ciddi çağırışlar qoyurdu.

TurkicWorld-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda hər il COP-dan öncə keçirilən "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" Qlobal Sammitində çıxışı zaman deyib.

O qeyd edib ki qısa müddət ərzində Azərbaycan çevik tədbirlər həyata keçirdi, bir çox xəstəxanalar covid xəstələrini müalicə edən xəstəxanalara çevrildi, modul tipli xəstəxanalar yaradıldı.

Nazir müavini vurğulayıb ki, Azərbaycan covid xəstəliyi ilə ölkə daxilində effektiv mübarizə aparmaqla yanaşı bu istiqamətdə beynəlxalq yardımlar etdi.

Nazir müavini həmçinin çıxışında Azərbaycanın səhiyyə sisteminin inkişafından danışıb. O bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişafa nail olundu.

N.Zeynalov həmçinin çıxışında iqlim dəyişikliyinin insan sağlamlığına, eyni zamanda bütün canlılara mənfi təsirindən danışıb.

Mövzuya görə xəbərlər