Bakı,TurkicWorld
Azərbaycanda türkiyəli alim, kimya üzrə Nobel mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Şimali Karolina Universitetinin (ABŞ) professoru Əziz Sancarla tələbələr arasında görüş keçirilib. AzerVoice xəbərə verir ki, görüş ADA Universitetində baş tutub.
Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev Əziz Sancara böyük ehtiramını bildirib və onun ADA-ya gələn ilk kimya sahəsi üzrə Nobel mükafatçısı olduğunu qeyd edib.
Əcnəbi tələbələr də daxil olmaqla, bir çox tələbə və məktəblilər Nobel mükafatı laureatına elm, tədqiqat, şəxsi həyat və professorun uğurları ilə bağlı maraq göstərmiş və suallar veriblər.
Sancar söhbət əsnasında bildirib ki, həmişə özünə sual verirdi: “Niyə Avropada elm və texnologiya inkişaf edir, amma bizdə yox, onlar niyə bizdən yaxşıdır?” və bu, onu daha da böyük uğurlara imza atmağa həvəsləndirdi”
Sancar məktəb illərini xatırlayaraq, gənclərə tövsiyələr də verib.
