Rusiya NATO-ya hücum edə bilər

Rusiya NATO-ya hücum edə bilər

Bakı. TurkicWorld:

Rusiya NATO-ya hücum edə bilər.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.

Onun sözlərinə görə, Rusiya gözlənildiyindən daha tez silahlanır.

"Ona görə də bu dövlət 3-5 il ərzində NATO ölkəsinə hücum edə bilər. Qarşıdakı illərdə Rusiya 5-ci maddənin gücünü və NATO həmrəyliyini sınıya bilər", - o qeyd edib.

Qeyd edək ki, daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl bildirib ki, Alyans 5-8 il ərzində Rusiyanın NATO ölkəsinə qarşı mümkün hücumuna hazırlaşmalıdır.