Bakı. TurkicWorld:
Qətərin məşhur Əl-Cəzirə telekanalına məxsus Al-Jazeera saytında Naxçıvan haqqqında geniş məqalə dərc olunub.
TurkicWorld-un məlumatına görə, məqalədə Naxçıvanın yerləşdiyi ərazi və əhalisi haqqında ümumi məlumat verilib.
“Naxçıvan Azərbaycanın cənub-qərbində və Kiçik Qafqaz regionunda yerləşir, cənubdan və qərbdən İran, şimal-qərbdən Türkiyə, şimal və şərqdən Ermənistanla həmsərhəddir. Naxçıvanı Azərbaycandan Ermənistan ayırır. Naxçıvan və Azərbaycan arasından Zəngəzur dəhlizi keçir və bu dəhlizin 1989-cu ildə Ermənistan tərəfindən bağlanması Naxçıvanda ciddi iqtisadi problemlərə səbəb olub. Respublikanın ərazisi təqribən 5 min 502,75 kvadratkilometrdir və ərazisinin böyük hissəsini dağ yüksəklikləri əhatə edir. “Zəngəzur” və “Dərələyəz” silsilələri bu ölkənin Ermənistanla təbii sərhəddini təşkil edir ”- deyə məqalədə bildirilib.