Əlcəzairdən yola düşən LNG gəmisi yanvarın 27-də Türkiyəyə çatacaq

Əlcəzairdən yola düşən LNG gəmisi yanvarın 27-də Türkiyəyə çatacaq

Bakı. TurkicWorld:

Əlcəzairin Arzew limanından yola düşən “Ouqarta” adlı mayeləşdirilmiş təbii qaz (LNG) gəmisinin yanvarın 27-də Türkiyədə olması gözlənilir.

TurkicWorld-un məlumatına görə, yanvarın 22-də Əlcəzairdən ayrılan LNG gəmisi, Oman sahillərində üzməyə davam edir.

171 min 800 kubmetr tutumlu gəminin yanvarın 27-də Türkiyənin Aliağa LNG Terminalına yanaşması planlaşdırılır.

Məlumat üçün bildirək ki, Əlcəzair bayraqlı gəmi 2017-ci ildə tikilib.

Aytac Süleymanova

Twitter: a_alieva_