Qəzzada atəşkəsin uzadılması olduqca müsbət haldır - Rufiz Hafizoğlu

Qəzzada atəşkəsin uzadılması olduqca müsbət haldır - Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Qəzzada atəşkəsin uzadılması olduqca müsbət haldır.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, politoloq Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

R.Hafizoğlu onu da qeyd edib ki, humanitar atəşkəsin daha iki gün uzadılması Qətər tərəfindən elan olunub və bu bir daha onu göstərir ki, rəsmi Doha HƏMAS ilə ünsiyyət mexanizminə sahibdir.

Politoloq hesab edir ki, münaqişənin yenidən alovlanması da istisna olunmur.

“İsrail Qəzzada öz hədəflərinə çatmaq niyətindədir, lakin bu düşünüldüyü qədər asan deyil” – deyə o bildirib.