Şərqi Afrika ölkəsi Ruanda Türkiyədən PUA almaq üçün danışıqlara başlayıb.
TurkicWorld-un məlumatına görə, Ruanda Türkiyədən 12 ədəd Bayraktar TB2 PUA-sı almaq üçün danışıqlar aparır.
Xatırladaq ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ruandanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Vincent Biruta, sentyabrın 7-də Ankarada keçirdikləri görüşdən sonra idman, təhsil və sənaye sahələrində müqavilə imzalayıblar.
Onu da qeyd edək ki, 2021 -ci ilin fevral ayında Ruanda Türkiyədən 15,9 milyon dollarlıq müdafiə sənayesi avadanlığı alıb.







