Bakı. TurkicWorld:
Yuxu terroru və ya gecə terroru adətən uşaqlarda görülsə də, bəzən böyüklərdə də baş verə bilən bir xəstəlik növüdür.
Yuxu terroru uşaqlar dərin yuxuya getdikdən sonra 1-2 saat ərzində qışqıraraq, qorxaraq və ya titrəyərək oyanmasıdır.
Gecə terroru olaraq da bilinən yuxu terroru əslində yuxu pozğunluğudur.
Bu vəziyyət tez-tez lunatizm ilə də əlaqələndirilə bilər.
Lunatizm kimi yuxu terrorlarıda parasomniya hesab olunur.
Yuxu terrorları bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir, lakin bu, insandan insana dəyişə bilər və daha uzun vaxtda çəkə bilər.
Yuxu terroru uşaqların demək olar ki, 40 faizinə təsir etsə də, böyüklərdə də müşahidə olunur.
Gecə terroru qorxulu bir xəstəlik olaraq görülsə də, müxtəlif müalicə üsulları ilə xəstə normal həyatına qayıda bilir.
Uşaqların əksəriyyəti yeniyetməlik illərində bu xəstəliyin öhdəsindən gələ bilirlər.
Yuxu terrorunun səbəbləri nələrdir?
Yuxu zamanı arzuolunmaz davranışlara gecə terroru deyilir.
Yuxu terroru NREM (bir insanın yuxu və oyaqlıq arasında qaldığı bir proses) yuxusu zamanı baş verir.
Yuxu terrorları müxtəlif yuxu mərhələləri arasında keçidlər zamanı, oyaq olmadıqda, lakin tam yuxuya getmədikdə baş verir.
Gecə terrorlarının dəqiq səbəbi bilinməsə də, aşağıdakıların buna səbəb ola biləcəyi düşünülür.
Nəfəs alma problemləri
Bir çox narahatedici yuxu pozğunluğu olan insanlar yatarkən daha çox tənəffüs problemi yaşayırlar.
Yuxuda tənəffüs çətinliyi olan, nəfəs almaq üçün əlavə səy sərf edən insanlar da gecə terroruna səbəb ola bilər.
Psixoloji problemlər
Gecə terroru yaşayan bəzi yetkinlərdə bu problemin başlıca səbəblərinin depressiya, narahatlıq və ya bipolyar pozğunluq kimi sağlamlıq problemlərindən qaynaqlandığı da düşünülür
Digər amillər
Səyahət zamanı yuxu pozğunluqları
Narahat ayaqlar sindromu
Yuxu problemləri
Əməliyyat zamanı alınan anesteziya
Yorğunluq
Stimulantlar və ya antidepresanlar
Qızdırmal xəstəlikləri
Alkoqol istifadəsi
Həbb istifadəsi