Bakı, TurkicWorld
Mütəxəssislər, zehnimizdə baş verən və daim təkrarlanan söhbətlərin təsirini qiymətləndiriblər.
TurkicWorld xəbər verir ki, İspaniyada yerləşən Tu Mente psixologiya klinikasından Lucía Fernández Pastor, bu mövzu ilə bağlı açıqlama verib.
"Ağlımız söhbətləri təkrarlamağa meylli olduqda, bu, çox vaxt hiss etdiklərimizi ifadə edə bilməməyimizdən qaynaqlanır. Belə hallarda, zehnimizdə bu qarşılıqlı əlaqəni təkrar canlandıraraq, həll olunmamış məsələləri çözməyə çalışırıq." deyə o bildirib.
Pastor əlavə edir ki, zehnimizdəki bu söhbətlər çox vaxt qəzəb, kin, məyusluq kimi duyğularla bağlıdır.
Psixoloq onu da vurğulayır ki, ağıl, arzuolunmaz hisslərdən və düşüncələrdən qaçmaq üçün bu xəyali söhbətləri "özünü aldatma üsuluna" çevirə bilər.
Avropa Müsbət Psixologiya İnstitutunun nümayəndəsi Sonia Kastro isə belə təkrarlanan söhbətlərin vəziyyəti daha yaxşı anlamamıza və reaksiyalarımızı yenidən dəyərləndirməyimizə kömək etdiyini bildirir.
Kastro qeyd edir ki, əgər bu prosesi rasional şəkildə idarə edə bilsək, başqaları ilə olan söhbətlərdən müsbət nəticələr əldə edə bilərik.
Bununla belə, o, irrasional yanaşmaların riskli nəticələrə gətirib çıxara biləcəyini də qeyd edir.
"Düzgün idarə edilməyən yüksək səviyyədə narahatlıq, zehninizdə müəyyən ifadələri və ya hadisələri avtomatik olaraq təkrarlayır. Bu isə düşünməyi dayandıra bilməməyə səbəb ola bilər." deyə o bildirib.
Kastro, beynimizin bu vəziyyətlərdə "qırılmış disk" kimi işlədiyini bildirirərək, qarşılıqlı sosial əlaqələrə xüsusi diqqət çəkir.
"İnsanlar, xüsusən sosial münasibətlərdə, hər şeyi anlamağa çalışmaq üçün proqramlanmışdır. Əgər bir söhbət bizdə həll olunmamış bir duyğu buraxarsa, bunu instinktiv olaraq zehnimizdə təkrar edirik və fikirləşməyə başlayırıq."
Psixoloji dəstək xidmətləri göstərən Unobravo platformasının direktoru, psixoloq Silvia Dal Ben isə mənfi düşüncələrin daha konstruktiv ssenarilərlə qiymətləndirilməsinin vacibliyini vurğulayır.
Kastro əlavə edir ki, belə anlarda gündəlik tutmaq və yazmaq, beyində təkrarlanan fikirləri idarə etmək üçün faydalı bir üsul ola bilər.