1 İyun tarixində dünyada nələr baş verib?

1 İyun tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

1 İyun tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər

01/06/1453 - Ayasofyada ilk cümə namazı Akşemsəddin tərəfindən qılınıb.

01/06/1831 - Ceyms Klark Ross Şimal Qütbünü kəşf edib.

01/06/1911 - Türkiyə Hərbi Hava Qüvvələri yaradılıb.

01/06/1929 - 1 noyabr 1928-ci il tarixli “Yeni türk hərflərinin qəbulu və tətbiqi haqqında” qanuna uyğun olaraq dövlət işlərində və qeydlərində tamamilə yeni hərflərdən istifadə olunmağa başlanıb.

01/06/1930 - İstanbulda Qalata körpüsündə 85 illik alınan rüsum ləğv edilib.

01/06/1931 - Bursa-Mudanya Dəmiryolu dövlət tərəfindən satın alınıb. 42 kilometr uzunluğunda olan xətt 1892-ci ildə istifadəyə verilib.

01/06/1952 - Berlin iki yerə bölünüb.

01/06/1963 - Bursaspor Futbol Klubu qurulub.

01/06/1967 - Bütün zamanların ən yaxşı albomu hesab edilən The Beatles qrupu Sgt. Pepper's Lonely Hearts Club Band adlı rok albomları buraxılıb.

01/06/1973 - Yunan hökuməti monarxiyanı ləğv edib və respublika elan edib.

01/06/1974 - Nəfəs borusunda yad cisim olan xəstələri boğulmaqdan xilas edəcək “Heimlich manevri”nin necə həyata keçiriləcəyi ilk dəfə “Emergency Medicine” jurnalında dərc olunub.

01/06/1979 - Rodeziyada 90 ildə ilk dəfə olaraq qaradərililərin çoxluq təşkil etdiyi hökumət hakimiyyətə gəlib.

01/06/1981 - Bakıda Respublika Gözdən Əlillər Kitabxanası təsis edilib.

01/06/1990 - Corc H.V. Buş və Mixail Qorbaçov kimyəvi silah istehsalına son qoyan müqavilə imzalayıblar.

01/06/1992 - Azərbaycan və Lüksemburq arasında diplomatik əlaqələr qurulub.

01/06/2020 - Bakıda Dəniz Mall ticarət mərkəzinin açılışı olub.