Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

Hanoy,TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

Bu barədə TurkicWorld-un xüsusi müxbiri məlumat verir.

Məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.

Mövzuya görə xəbərlər