Bakı,TurkicWorld
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür edib.
TurkicWorld xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesabında yayımlanan paylaşımda bildirilib.
"Qələbə Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığı səmimi təbriklərə görə əziz qardaşım Məhəmməd Şahbaz Şərifə təşəkkür edirəm.
8 noyabr ölkəmiz üçün əlamətdar tarixdir. Bu tarix torpaqlarımızın azad edilməsini və təxminən üç onillik davam edən işğalın başa çatmasını simvolizə edir.
Pakistanın dəyişməz həmrəyliyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər paradında iştirakınız möhkəm dostluğumuzun və qardaşlığımızın daha bir sübutu oldu", – paylaşımda qeyd olunub.





