Son dəqiqə

Prezident İlham Əliyev

Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

BAKI,TurkicWorld

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməlidir.

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mövzuya görə xəbərlər