Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

BAKI,TurkicWorld

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə təbrik məktubu ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanır. Biz Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram".

Mövzuya görə xəbərlər