BAKI,TurkicWorld
Biz görürük ki, artıq bir çox ölkələr müxtəlif bölgələrdə qarşıdurmadadırlar. Yəni bu, iki ölkə arasındakı qarşıdurmalar deyil.
Bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib.
Artıq bir çox ölkələrin bu qarşıdurmalarda fəal iştirak etdiklərini və bu qanlı toqquşmaların coğrafiyasının genişləndiyini deyən dövlətimizin başçısı qeyd edib: “Ona görə Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.





