BAKI,TurkicWorld
Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda qeyd olunub:
Bu gün mənə Prezident Emmanuel Makrondan zəng gəldi. Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlərə baxılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Biz regional və qlobal hadisələri də müzakirə etdik".





