Azərbaycan Prezident İlham Əliyev Özbəkistan Daşkənd Mərkəzi Asiya

Prezident İlham Əliyev: Bu gün Azərbaycan və Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir

BAKI, TurkicWorld

Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün Azərbaycan və Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

"Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhət görüşlərində üçüncü dəfədir iştirak edir", - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı son üç ildə Orta Asiya ölkələrinə 14 dəfə səfər etdiyini qeyd edib.

Mövzuya görə xəbərlər