Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik

Bakı, TurkicWorld

Siz (Azərbaycan minifutbol millisinin üzvləri – red.) bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır.

TurkicWorld xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər".

Mövzuya görə xəbərlər