Pekin, TurkicWorld
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar Çində keçiriləcək tədbirlərə dəvət edib.
TurkicWorld xəbər verir ki, geniş tərkibdə görüş çərçivəsində Si Cinpin həmçinin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etdi.
Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.






