Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

Bakı, TurkicWorld

Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan danışıb.

TurkicWorld-in məlumatına görə, dövlətimizin başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

"Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq", - deyə dövlətimizin başçısı əlavə edib.

Mövzuya görə xəbərlər