Son dəqiqə

Prezident İlham Əliyev

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb

Bakı. TurkicWorld:

"Tələbə-məzun" dövlət elektron məlumat sistemi qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb.

TurkicWorld-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib.

Mövzuya görə xəbərlər