Qırğızıstan-Çin sərhədindəki keçid məntəqəsi bir gün müddətinə bağlı olacaq

Qırğızıstan-Çin sərhədindəki keçid məntəqəsi bir gün müddətinə bağlı olacaq

Bakı. TurkicWorld:

Qırğızıstan-Çin sərhədindəki iki keçid məntəqəsi bir gün müddətinə bağlanacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata əsasən, Çində Tsinmin bayramının - Anım Gününün qeyd olunması ilə əlaqədar Qırğızıstan-Çin dövlət sərhədinin hissəsində yerləşən “Toruqart – avtomobil yolu” və “İrkeştam – yol” buraxılış məntəqələri aprelin 4-də müvəqqəti bağlanacaq.

Bu keçid məntəqələrindən keçid aprelin 5-dən bərpa olunacaq.

X: Lamanasadli01