Qırğızıstan Qazaxıstanın qırğız məhsullarına təklif etdiyi qadağadan narahatdır

Qırğızıstan Qazaxıstanın qırğız məhsullarına təklif etdiyi qadağadan narahatdır

Bakı. TurkicWorld:

Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi Qazaxıstan hökumətinin ictimai müzakirəyə təqdim etdiyi və Qırğızıstanda lisenziyalı məhsullara qadağa qoyulmasını nəzərdə tutan qərar layihəsi ilə bağlı narahatlığını bildirib.

TurkicWorld-un məlumatına görə, Qazaxıstan layihəsinin izahat yazısında qeyd olunur ki, Qırğızıstanda hazırda “boz sertifikatlar” adlanan uyğunluğun qiymətləndirilməsi sənədlərinin prosedurların pozulması və ya sınaqdan keçirilmədən verilməsi halları mövcuddur.

Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinin məlumatına görə, Qazaxıstanın bu qərarı qəbul etməsi Avrasiya İqtisadi İttifaqının (Aİİ) daxili bazarının fəaliyyətinə maneə kimi qiymətləndirilir və Aİİ üzvü olan ölkələrin sahibkarlarının ittifaqın daxili bazarına çıxışına mane olur.

Nazirlikdən qeyd edilib ki, ölkədə uyğunluğun qiymətləndirilməsi prosedurlarının və “boz sertifikatlar”ın pozulması hallarına qarşı davamlı mübarizə aparılır.

Qeyd olunub ki, Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi ilə Avrasiya İqtisadi Komissiyasının (AEK) texniki tənzimləmə departamenti və ittifaq çərçivəsində bütün aidiyyəti tərəflər arasında məsləhətləşmələrin aparılması planlaşdırılır.

Martın 11-də Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsi müvafiq layihəni ictimai müzakirəyə təqdim edib. Qırğızıstandan gələn məhsulların Qazaxıstana daşınmasına təklif edilən qadağanın 2024-cü il iyulun 1-dən tətbiq olunacağı gözlənilir.