Bakı. TurkicWorld:
Çexiyadan olan 4 turist qar uçqunu altında ölüb.
TurkicWorld xəbər verir ki, bu haqda Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 13:00-da Çexiya və Slovakiyadan olan 23 turist Cırqalan kəndindəki "Tülpar-Taş" bölgəsində qar uçqununa düşüblər.
“Uçqun altında qalan turistləri insanlar özləri qazaraq xilas etmək istəsələr də bu mümükün olmayıb. Hadisə yerinə 6 xilasedici gəlib və meyitləri hüquq-mühafizə orqanlarına təhvil veriblər”, - deyə məlumatda bildirilir.