Qazaxıstanla Çin arasında yeni hava marşurutu açılıb

Qazaxıstanla Çin arasında yeni hava marşurutu açılıb

Bakı. TurkicWorld:

Bu həftə Çinin Sincan-Uyğur Muxtar Vilayətinin Yinin şəhəri ilə Qazaxıstanın Almatı şəhəri arasında yeni beynəlxalq sərnişin hava marşrutu açılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yinin hava limanının administrasiyası məlumat verib.

Məlumata əsasən, yeni hava xidmətlərinin açılması ölkələr arasında biznes, turizm və humanitar mübadilələri intensivləşdirəcək.

Xatırladaq ki, 2023-cü ilin noyabrından Çin və Qazaxıstan arasında vizasız rejim qüvvədədir. 2024-cü il Çində Qazax Turizm İli elan edilib və Qazaxıstan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrliyi dövründə Almatı şəhəri ŞƏT-in turizm və mədəniyyət paytaxtı statusu alıb .

X: Lamanasadli01