Tokayev humanitar yardıma görə Qırğızıstana təşəkkür edib

Tokayev humanitar yardıma görə Qırğızıstana təşəkkür edib

Bakı. TurkicWorld:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, Tokayev daşqınlarla əlaqədar göstərilən humanitar yardıma görə Sadır Japarova və Qırğızıstan xalqına təşəkkür edib.

Qazaxıstan Prezidenti bunun iki dövlət arasında əsl dostluq, həmrəylik və sıx müttəfiqlik münasibətlərinin daha bir sübutu olduğunu vurğulayıb.

Bundan əlavə, tərəflər ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, Qazaxıstanda güclü daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib. 19 minə yaxın insan təxliyyə edilib.

X: Lamanasadli01