Qazaxıstan-Özbəkistan tandemi vacibdir - Tokayev

Qazaxıstan-Özbəkistan tandemi vacibdir - Tokayev

Bakı. TurkicWorld:

Qazaxıstan-Özbəkistan tandemi vacibdir.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevlə Xivə şəhərində görüşü zamanı bildirib.

Məlumata əsasən, tərəflər Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

İslam sivilizasiyasının və memarlığının xəzinəsi olan Xivədə keçirilən görüşün rəmzi olduğunu vurğulayan Tokayev ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Bundan əlavə, mədəni-humanitar əlaqələrin inkişafına, Qazaxıstan və Özbəkistanın unikal turizm potensialının üzə çıxarılmasına xüsusi diqqət yetirilib.

Qeyd edək ki, iki ölkənin xarici ticarət dövriyyəsi 2023-cü ildə 4,4 milyard dollar təşkil edib.

X: Lamanasadli01