ŞƏT regionda təhlükəsizliyin təmin edilməsi üçün nümunə göstərməlidir - Tokayev

ŞƏT regionda təhlükəsizliyin təmin edilməsi üçün nümunə göstərməlidir - Tokayev

Bakı. TurkicWorld:

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün əlaqələndirilmiş və konkret addımlar nümunəsi göstərməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ŞƏT-ə üzv ölkələrin təhlükəsizlik şuralarının katibləri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Əfqanıstan ərazisindən beynəlxalq terrorçu qrupların istifadəsinin qarşısını almaq üçün bu ölkədə vəziyyətin inkişafına diqqət artırılmalıdır.

"Yaxın Şərqdəki münaqişə təhlükəsizliyi pozan ciddi amil olaraq qalır. Regional sabitliyə ciddi ziyan dəyib. Gərginliyin qarşısını almaq üçün yüksək səviyyəli diplomatiya lazımdır. İnanıram ki, dünya əhalisinin yarısını təmsil edən təşkilatımız təhlükəsiz və ədalətli dünya üçün həll yolu təklif etməyə qadirdir”, - deyə Tokayev vurğulayıb.

Qeyd edək ki, 15 iyun 2001-ci il tarixində yaradılan Şanxay Əməkdaşlıq Təşkilatının məqsədi mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır.

Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistan bu təşkilata üzv dövlətlərdir.

X: Lamanasadli01