Qazaxıstan Çinlə enerji sahəsində əməkdaşlığı genişləndirir

Qazaxıstan Çinlə enerji sahəsində əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Qazaxıstan Çinlə enerji sahəsində əməkdaşlığı genişləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çinə işgüzar səfəri çərçivəsində Çin Dövlət Enerji İnvestisiya Korporasiyasının Direktorlar Şurasının sədri Liu Minqşenq ilə görüşü zamanı əldə edilib.

Məlumata əsasən, tərəflər enerji, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Qazaxıstan Prezidentinə sərmayələrin təqribən məbləği 1 milyard ABŞ dollarından çox olan Jambil və Pavlodar vilayətlərində ümumi gücü 1 QVt olan külək elektrik stansiyalarının tikintisi üzrə yeni investisiya layihələrinin həyata keçirilməsi barədə məlumat verilib.

Liu Minqşenq, həmçinin Kasım-Jomart Tokayevə Qazaxıstanda irimiqyaslı hidroenergetika layihələrinin həyata keçirilməsi və kombinə edilmiş qaz turbinlərinin tikintisi perspektivləri barədə məlumat verib.

Kasım-Jomart Tokayev Liu Minqşenqi iyunda keçiriləcək Astana Beynəlxalq Forumunda iştiraka dəvət edib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun sessiyasında iştirak etmək üçün Çinə işgüzar səfər edib.

X: Lamanasadli01