ÇXR-nın Sədri Qazaxıstana rəsmi səfər edəcək

ÇXR-nın Sədri Qazaxıstana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Çin Xalq Respublikasının Sədri Si Cinpin iyulun əvvəlində Qazaxıstana rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Zhao Leji ilə görüşündə deyib.

Qazaxıstan Prezidenti iki ölkə arasında mehriban qonşuluq, çoxillik dostluq və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ÇXR Sədri Si Cinpinin şəxsi səylərini yüksək qiymətləndirib.

"Birgə səylərimiz sayəsində biz bütün sahələrdə səmərəli dövlətlərarası əməkdaşlıq qurduq. İnanıram ki, Qazaxıstan və Çin arasında əməkdaşlığın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində səylərimiz uğurlu olacaq", - deyə Tokayev bildirib.