Qazaxıstanda gerbin yenilənməsi ilə bağlı ictimai müzakirələr keçiriləcək

Qazaxıstanda gerbin yenilənməsi ilə bağlı ictimai müzakirələr keçiriləcək

Bakı, TurkicWorld:

Qazaxıstanda milli gerbin müasir yenilənməsi ilə bağlı ictimai müzakirələrin keçirilməsi planlaşdırlır.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ultıq Qurultayında təklif edib.

"Məsələnin ətraflı müzakirəsi üçün xüsusi komissiya yaradılacaq, bu, bizə bütün xərcləri hesablamağa imkan verəcək", - deyə Qazaxıstanın maliyyə naziri Madi Takiyev bildirib.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Altırauda keçirilən Milli Qurultaydakı nitqində dövlət gerbinin dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.

X: Lamanasadli01