Qazaxıstan mayeləşdirilmiş neft qazının ixracına qoyulan qadağanın müddətini uzadıb

Qazaxıstan mayeləşdirilmiş neft qazının ixracına qoyulan qadağanın müddətini uzadıb

Bakı. TurkicWorld:

Qazaxıstan mayeləşdirilmiş neft qazının ixracına qoyulan qadağanın müddətini daha altı ay uzadıb.

TurkicWorld-un məlumatına görə, sözügedən qərar 2024-cü il martın 12-də Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarinin sədrliyi ilə Qazaxıstanın xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirakdan məsul olan idarələrarası komissiya tərəfindən qəbul edilib.

Qadağa daxili mayeləşdirilmiş neft qazı bazarında qıtlığın qarşısını almaq məqsədi daşıyır.

Komissiyanın qərarına əsasən, avtomobil, dəmir yolu və su yolu ilə buğda idxalına da əlavə 6 ay qadağa qoyulacaq.

Komissiya həmçinin Çin podşipnik istehsalçılarına və Hindistan elektrod istehsalçılarına qarşı antidempinq tədbirlərinin daha beş il müddətinə uzadılmasını təsdiqləyib.