Qazaxıstan prezidenti İtaliyaya rəsmi səfər edib

Qazaxıstan prezidenti İtaliyaya rəsmi səfər edib

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev İtaliyaya rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, Qazaxıstan prezidentini hava limanında İtaliyanın müdafiə naziri Gido Krosetto və Roma Papasının nümayəndəsi Françesko Kanalini qarşılayıb.

Məlumata əsasən, Tokayev bu gün İtaliya prezidenti Sercio Mattarella və baş nazir Giorgia Meloni ilə danışıqlar aparacaq.

Bundan əlavə, o, Qazaxıstan-İtaliya İnvestisiya Dəyirmi Masa Toplantısında iştirak edəcək və İtaliyanın böyük şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Yanvarın 19-da prezident Tokayev Vatikanda Roma Papası Fransisklə görüşəcək.

X: Lamanasadli01