Millət vəkili Fazil Mustafa hazırda həkim nəzarətindədir - TƏBİB

Millət vəkili Fazil Mustafa hazırda həkim nəzarətindədir - TƏBİB

Bakı. TurkicWorld:

Sui-qəsd nəticəsində güllə yarası alan millət vəkili Fazil Mustafa hal-hazırda TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdədir və ona bütün zəruri tibbi yardımlar göstərilir.

Bunu TurkicWorld-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Zamirə Adilova deyib.

O bildirib ki, millət vəkili əməliyyat olunub, vəziyyəti stabildir: "Hazırda onun vəziyyəti stabildir, həyətı təhlükəsi yoxdur. Diaqnozu sağ çiyin və sol budun aşağı nayihələrini dəlib keçən güllə yarasıdır. Hazırda millət vəkili həkim nəzarətindədir".