Deputat Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir - TƏBİB

Deputat Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir - TƏBİB

Bakı. TurkicWorld:

TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Bu barədə TurkicWorld-a TƏBİB-dən məlumat verilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.