Bakı. TurkicWorld:
Mingəçevir su anbarında yeraltı təkan qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkan Mingəçevir stansiyasından 46 km şimal-şərqdə, Samux rayonunda baş verib.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.