Azərbaycan qazını Bolqarıstana daşıyacaq interkonnektorun tikintisində ən çətin mərhələlərdən biri başa çatıb

Azərbaycan qazını Bolqarıstana daşıyacaq interkonnektorun tikintisində ən çətin mərhələlərdən biri başa çatıb

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinin iki ən çətin mərhələsindən biri olan Maritsa çayının dibində üfüqi qazma üsulu ilə boru kəməri keçidinin tikintisi başa çatıb.

Turkic.World-un məlumatına görə, bu barədə ICGB AD layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

Onun sözlərinə görə, bu hissə çayın mənbəyinin geologiyası ilə əlaqədar layihənin ən böyük texniki problemlərindən biri idi:

"Bütün proses ümumilikdə 28 gün davam etdi, boru xəttinin döşənməsi isə 10 saatlıq işdən sonra başa çatdırıldı. Bu sahənin uzunluğu 422 metr təşkil edir. Bundan sonra səhra qrupları Studen-Kladenets bəndinin altında 1 420 metr uzunluğunda keçidin tikintisinə başlayacaq"

Qeyd edək ki, IGB layihəsinin infrastrukturu 2021-ci ilin sonuna kimi hazır olacaq. Boru kəmərinin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr qaza bərabər olacaq.