...

Azərbaycan neftinin qiyməti açıqlanıb

Neft və qaz Digər xəbərlər 28 Fevral 2023 13:09
TurkicWorld Aytac Aliyeva
Azərbaycan neftinin qiyməti açıqlanıb

Bakı. TurkicWorld:

Fevralın 27-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,43 dollar ucuzlaşaraq 83,34 dollar olub.

TurkicWorld bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,43 dollar ucuzlaşaraq 81,61 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,43 dollar ucuzlaşaraq 45,35 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti fevralın 27-də 0,38 dollar ucuzlaşaraq 81,47 dollar olub

Məqalədə:
Xəbərlər

Xəbər lenti